Xəzər Xəbər

Külək və yağış Ankarada ciddi fəsadlar törədib

Dünya | 19:22 • 15 Avqust 2022
Külək və yağış Ankarada ciddi fəsadlar törədib

Avqustun 15-də günorta saatlarından sonra Türkiyənin paytaxtı Ankarada başlayan leysan yağışı və külək bir çox fəsadlara səbəb olub.

Xezerxeber.az xəbər verir ki, güclü yağıntı səbəbindən Ankarada küçə və meydanları sel basıb. Tunellərə dolan yağış suyu nəqliyyatın hərəkətinə ciddi əngəllər yaradıb. Güclü külək nəhəng ağacları kökündən çıxararaq aşırıb. Yerindən qopan evlərin dam örtüyü ətrafa səpələnib.

Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) və yerli hakimiyyət orqanlarının briqadaları təbii fəlakətin fəsadlarının aradan qaldırılması və köməksiz qalan insanlara yardım göstərmək istiqamətində fəaliyyət göstərirlər.

Xəbər lenti