Xəzər Xəbər

Bayden Salman Rüşdiyə edilən hücumdan sarsılıb

Dünya | 11:36 • 14 Avqust 2022
Bayden Salman Rüşdiyə edilən hücumdan sarsılıb

Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden Nyu-Yorkda yazıçı Salman Rüşdiyə edilən hücumdan sarsıldığını bildirib.

Bu barədə ABŞ Prezidentinin rəsmi bəyanatında deyilir.

“Birinci xanım və mən Salman Rüşdiyə vəhşicəsinə hücum xəbərindən sarsıldıq və kədərləndik”, - deyə prezident bildirib. 

Bayden yazıçının sağlamlığı üçün dua etdiyini də vurğulayıb və hücumdan sonra Rüşdiyə kömək edən hər kəsə təşəkkürünü bildirib.

Bayden həmçinin yazıçının cəsarətini qeyd edib və bildirib ki, Rüşdi öz yaradıcılığı ilə həqiqəti və müqaviməti müdafiə edir.

Xəbər lenti