Milyarder, iş adamı, “Tesla”nın icraçı direktoru İlon Mask şirkətdəki 6,9 milyard dollarlıq payını satıb.
Satış ötən həftə səhmdarların illik yığıncağından sonra həyata keçirilib. Mask “Twitter”in məhkəmə iddiası nəticəsində şirkəti satın almalı olacağı ehtimalına görə, bu pulun lazım olduğunu söyləyib.
Sözügedən satışlar avqustun 5, 8 və 9-da baş tutub.
“Twitter”də bir istifadəçinin "Satışları bitirmisiniz?" sualına “bəli” cavabını verən İlon sosial media platformasını almaq məcburiyyətində qalacağı təqdirdə səhmlərini təcili satmaqdansa, “Tesla”nın səhmlərini əvvəlcədən satmağa üstünlük verdiyini vurğulayıb. Başqa bir istifadəçinin sualını cavablandıran Mask “Twitter”i almaq məcburiyyətində qalmadığı təqdirdə “Tesla” səhmlərini yenidən ala biləcəyini deyib.
Xatırladaq ki, daha əvvəl “Twitter”i almaq istəyən Mask bundan imtina edəndən sonra şirkət tərəfindən məhkəməyə verilib./Sfera.az