Xəzər Xəbər

Londonda şlanqlardan istifadə qadağan ediləcək

Dünya | 09:23 • 10 Avqust 2022
Londonda şlanqlardan istifadə qadağan ediləcək

Londonda kommunal xidmətlər göstərən “Thames Water” şirkəti paytaxt və ətraf rayonların sakinlərinə tezliklə şlanqların istifadəsinə qadağa tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

Tədbir Böyük Britaniyada həddindən artıq istilərlə bağlıdır.

Qadağa 15 milyon insanı əhatə edəcək. Onlara bağlarını sulamaq, hovuzları doldurmaq və maşın yumaq qadağan ediləcək.

Sudan istifadə ilə bağlı məhdudiyyətlər oktyabr ayına qədər davam edə bilər. Belə ki, ölkədə quru havanın payıza qədər davam edəcəyi proqnozlaşdırılır.

Mənbə: lenta.ru

Xəbər lenti