Xəzər Xəbər

Çin düyməyə basdı: dünya fəlakətə sürüklənir - YENİ GÖRÜNTÜLƏR

Dünya | 16:40 • 4 Avqust 2022
Çin düyməyə basdı: dünya fəlakətə sürüklənir - YENİ GÖRÜNTÜLƏR

Çindən gələn bütün xəbərdarlıqlara baxmayaraq, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər etməsi gərginliyi pik həddə çatdırıb. Bəs dünyanı fəlakətə sürükləyən səfərdən sonra nələr baş verir?

Bölgədə gərginliyin davam etdiyi bir vaxtda Çin bu gün səhər saat 7:00 radələrində hərəkətə keçib.

Çin Tayvan adası ətrafında genişmiqyaslı hərbi dəniz və hava təlimlərinə başlayıb və təlimlərin Tayvan ətrafında 6 bölgədə keçiriləcəyi açıqlanıb. 

Bu gün yayılan görüntülərdə Çin ordusunun hərəkətə keçdiyi açıq şəkildə görünür.

Tayvan Müdafiə Nazirliyinin açıqlamasında təlimlər zamanı Çin qüvvələrinin Tayvan ətrafındakı sulara çoxsaylı ballistik raketlər atdığına dair məlumatlar yer alıb. Bildirilib ki, yerli vaxtla saat 13:56-da adanın cənub-şərqinə və cənub-qərbinə doğru “Dongfeng” raketləri atılıb.

Tayvan MN bu bəyanatdan bir neçə saat sonra atılan raketlərin bir hissəsinin ölkənin ərazi sularına düşdüyünü açıqlayıb.

Çinin hökumətyönlü "Global Times" qəzeti təlimləri “birləşmə əməliyyatları” üçün məşq kimi təsvir edib.

“Gələcəkdə hərbi münaqişə baş verərsə, hazırda sınaqdan keçirilən əməliyyat planları, çox güman ki, birbaşa döyüş əməliyyatlarına çevriləcək”, - çinli hərbi ekspert Song Zhongping qəzetə açıqlamasında bildirib./Musavat.com

Xəbər lenti