Xəzər Xəbər

Çin ordusu Tayvan ərazisinə raket zərbələri endirdi

Dünya | 14:40 • 4 Avqust 2022
Çin ordusu Tayvan ərazisinə raket zərbələri endirdi

Çin ordusu Tayvan ərazisinə raket zərbələri endirib.

Bu barədə Tayvanın rəsmi dairələri məlumat yayıb. Məlumata görə, raketlər Tayvanın su ərazisinə düşüb. Fəsadlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Çin ordusu Tayvan ətrafında təlimlər keçir. Təlimlər zamanı döyüş mərmilərindən istifadə edilir. Təlimlərin əraziləri elə seçilib ki, Tayvan tamamilə mühasirədə qalıb. ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ABŞ və Çin arasında gərginlik yaradıb. ABŞ, İndoneziya, Avstraliya və Sinqapur orduları isə Çinə cavab olaraq Sumatra adasında təlimlər keçir./Metbuat.az 

Xəbər lenti