Xəzər Xəbər

Avropada meymunçiçəyi ilə bağlı vəziyyət pisləşir

Avropada meymunçiçəyinə 16 000-ə yaxın yoluxma aşkarlanıb
Dünya | 10:03 • 4 Avqust 2022
Avropada meymunçiçəyi ilə bağlı vəziyyət pisləşir

Avropa regionunun 38 ölkə və bölgəsində meymunçiçəyinə 15 926 yoluxma aşkarlanıb.

Bu barədə Avropa Xəstəliklərin Qarşısının alınması və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb.

Avqustun 2-ə olan məlumata görə, regionun 32 ölkəsindən “TESSy” Avropa müşahidə sistemi vasitəsilə iki ölüm halı da daxil olmaqla 15 624 yoluxma qeydə alınıb. "TESSy-yə bildirilən 15 624 hadisədən 15 524-ü laboratoriyada təsdiqlənib", - hesabatda deyilir.

Ən çox yoluxma 31-40 yaş arasıdır (41 %) və kişilərdə (99,1 %) qeydə alınıb. Tez-tez yoluxmuş şəxslər səpki (94,8 %) və hərarət, yorğunluq, əzələ ağrısı, titrəmə və ya baş ağrısı (65 %) kimi sistemik simptomlarla müraciət ediblər. 399 nəfər (5,6 %) xəstəxanaya yerləşdirilib, onlardan 150 nəfərinin stasionar yardıma ehtiyacı var./report

Xəbər lenti