Xəzər Xəbər

Böyük Britaniya kral ailəsinin milyardlıq mülkləri – Ən bahalısı hansıdır?

Dünya | 16:30 • 2 İyul 2022
Böyük Britaniya kral ailəsinin milyardlıq mülkləri – Ən bahalısı hansıdır?

Böyük Britaniya kral ailəsinin sahib olduğu daşınmaz əmlakın dəyəri 28 milyard dollara çatır.

Bu haqda Britaniyanın "Mirror" qəzeti yazıb.

Qəzet “Forbes” jurnalının məlumatlarına istinadən yazıb ki, kral ailəsinə məxsus daşınmaz əmlaklar arasında ən bahalısı 4,9 milyard dollarla “Bukingem Sarayı”dır. Ailəyə məxsus mülkləri Kraliça II Yelizavetanın təkbaşına satmaq hüququ yoxdur. Amma Norfolkdakı “Sandringham Evi” və Şotlandiyada “Balmoral” qalası Kraliçaya məxsusdur. Bunların hər birinin dəyəri ən azı 70 milyon dollardır. Kraliça bayramlarını və özəl günlərini burada keçirir. Onun ölümündən sonra kraliçanın şəxsi mülkü taxtın ilk varisi olan oğlu şahzadə Çarlza keçəcək.

Kraliça və ailəsinin digər gəlir mənbəyi İngiltərə və Uelsdəki 45 min kvadratmetrdən çox ərazidir. Bu yerlərin icarəsindən hər il 25 milyon dollardan çox gəlir əldə edilir. Yeri gəlmişkən, kraliça bütün qazancından vergi ödəmir.

“Forbes” jurnalının 2020-ci il məlumatlarına görə, Kraliça II Eliazbet və ailəsinin ümumi sərvəti 88 milyard dollardır. Bu sərvət, onları ən zəngin kral ailələri siyahısında beşinci edir. Eyni siyahıya görə, ən varlı kral ailəsi 1,4 trilyon dollarlıq sərvətlə səudiyyəlilərdir. Kral ailələri arasında şəxsən ən varlı şəxs isə 30 milyard dollarlıq sərvətlə Bruney sultanı Hassanal Bolkiahdır./Sfera.az 

 

Xəbər lenti

Quzu əti bahalaşıb VİDEO
20:25 • 19 Avqust 2022