Xəzər Xəbər

Almaniyada meymunçiçəyinə yoluxanların sayı mini ötdü

Dünya | 09:54 • 2 İyul 2022
Almaniyada meymunçiçəyinə yoluxanların sayı mini ötdü

Almaniyada meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 1000-i keçib.

Bu barədə Robert Kox İnstitutundan məlumat verilib.

Qurumun rəsmi saytında ümumilikdə 1054 yoluxmanın olduğu vurğulanıb. 

İnstitut Almaniya əhalisi üçün təhlükə səviyyəsinin “məhdud” olaraq qaldığını qeyd edib.

Xatırladaq ki, artıq dünyanın 51 ölkəsində meymunçiçəyi aşkar edilib. Ümumilikdə 5,1 min nəfərdə xəstəliyə yoluxma halı qeydə alınıb, lakin infeksiyanın yayılma yolları hələ də bəlli deyil.

Mənbə: Mk.ru

Xəbər lenti