Xəzər Xəbər

Ərdoğan Putin və Zelenski ilə taxıl böhranını müzakirə edəcək

Dünya | 18:14 • 30 İyun 2022
Ərdoğan Putin və Zelenski ilə taxıl böhranını müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri ilə telefon danışığı aparacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə o, NATO-nun Madrid sammitindən sonra keçirilən mətbuat konfransı zaman deyib.

Ərdoğan qeyd edib ki, bu həftənin sonu və ya gələn həftə baş tutacaq telefon danışıqları zamanı Putin və Zelenski ilə Ukrayna limanlarından taxılın çıxarılması müzakirə olunacaq.

Xəbər lenti