Xəzər Xəbər

İldırım 22 nəfərin həyatına son qoydu

Dünya | 15:12 • 30 İyun 2022
İldırım 22 nəfərin həyatına son qoydu

Sutka ərzində Hindistanın Bihar ştatında ildırım vurması nəticəsində ən azı 22 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.

"Sınxua" informasiya agentliyi xəbər yayıb ki, hakimiyyət orqanlarının məlumatına görə, həlak olanların əksəriyyəti tarlada işləyən ferma işçiləri olub. Ştatının rəhbərliyi həlak olanların hər birinin yaxınlarına 5 min dollar təzminat ödəniləcəyini vəd edib.

Qeyd edək ki, son sutka ərzində ştat ərazisi ildırımlarla müşayiət olunan leysan yağışlarının təsirinə məruz qalıb. Əlverişsiz hava şəraitinin sabah da davam edəcəyi gözlənilir. Ötən həftə həmin ştatda 17 nəfər ildırım vurması nəticəsində həyatını itirmişdi.

Xəbər lenti