Xəzər Xəbər

Rusiya hərbçiləri strateji Zmeynıy adasını tərk edib RƏSMİ AÇIQLAMA

Dünya | 14:16 • 30 İyun 2022
Rusiya hərbçiləri strateji Zmeynıy adasını tərk edib

Rusya ordusu Ukraynanın Odessa vilayətinin strateji Zmeynıy adasını tərk edib. Ukrayna qoşunlarının növbəti uğurlu əməliyyatından sonra Rusiya ordusu tələsik qarnizonun qalıqlarını təxliyə edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun "Cənub" Əməliyyat Komandanlığı rəsmi açıqlama yayıb.

Açıqlamada deyilir ki, gecə saatlarında Rusiya hərbçiləri iki sürətli qayıqla tələsik şəkildə təxliyə edilib. Hazırda adada partlayış səsləri eşidilir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi qoşunlarının İlan adasından geri çəkildiyini təsdiq edib. Bildirilib ki, iyunun 30-da Rusiya Silahlı Qüvvələri xoşməramlı addım olaraq İlan adasında tapşırıqların yerinə yetirilməsini başa çatdırıb və orada yerləşən qarnizon adanı tərk edib. Bununla da, Rusiya Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının çıxarılması ilə bağlı humanitar dəhlizin təşkili üzrə BMT-nin səylərinə əngəl yaratmadığını dünya ictimaiyyətinə nümayiş etdirib.

Xəbər lenti