Xəzər Xəbər

ÜST-dən meymunçiçəyi ilə bağlı daha bir XƏBƏRDARLIQ

Dünya | 10:15 • 29 İyun 2022
ÜST-dən meymunçiçəyi ilə bağlı daha bir XƏBƏRDARLIQ

Meymunçiçəyi virusuna yoluxma hallarında artım müşahidə olunub. Cari ilin əvvəlindən dünyada meymunçiçəyi virusuna yoluxanların sayı 3 min 413 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda deyilir.

Bildirilib ki, laboratoriya tərəfindən təsdiqlənmiş halların 86 faizi Avropada, 11 faizi Amerika, 2 faizi Afrika, 1 faizi Şərqi Aralıq dənizi və digər 1 faizi Asiya-Sakit okean regionlarında qeydə alınıb.

Xatırladaq ki, iyunun 23-də Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar komitəsi meymunçiçəyi virusunun yayılması məsələsini müzakirə edib. Komitənin tövsiyəsi əsasında ÜST meymunçiçəyi virusunun yayılmasını ən yüksək xəbərdarlıq pilləsi elan etməkdən imtina edib.///qafqazinfo

Xəbər lenti