Xəzər Xəbər

Türkiyə, Finlandiya və İsveç liderləri bir araya gəliblər

Dünya | 22:20 • 28 İyun 2022
Türkiyə, Finlandiya və İsveç liderləri bir araya gəliblər

NATO-nun Madrid Sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib.

Xezerxeber.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər.
Dördtərəfli görüşdə Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciəti müzakirə olunub.
Qeyd edək ki, bu məsələdə Türkiyənin mövqeyi dəyişməzdir. Prezident Ərdoğan dəfələrlə qeyd edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, alyansın 70 ildir üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar.
Baş katib Yens Stoltenberqin timsalında NATO rəhbərliyi Türkiyənin mövqeyini və qətiyyətini tam haqlı sayır.
Finlandiya və İsveç isə PKK başda olmaqla Türkiyəyə təhdid edən terror təşkilatlarına bu və ya digər formada dəstək verir.

Xəbər lenti