Xəzər Xəbər

Ukrayna və Rusiya arasında əsir mübadiləsi aparılıb

Dünya | 17:22 • 28 İyun 2022
Ukrayna və Rusiya arasında əsir mübadiləsi aparılıb

Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, mübadilə 17-yə 15 düsturu əsasında baş tutub.

"2-si zabit, 14-ü əsgər olmaqla, 16 Ukrayna hərbçisi vətənə qayıdır. Bir mülki şəxs də azad edilib. Sərbəst buraxılanlardan beşi ağır yaralıdır və onların təcili müalicəyə ehtiyacı var. Əsir götürülən bütün ukraynalıların geri qaytarılması üzrə Koordinasiya Qərargahının işi davam edir", - məlumatda qeyd olunub.

Xəbər lenti