Xəzər Xəbər

Koronavirusun yeni simptomları meydana çıxdı: Sizdə bu ağrılar varsa...

Dünya | 15:14 • 28 İyun 2022
Koronavirusun yeni simptomları meydana çıxdı: Sizdə bu ağrılar varsa...

Koronavirusun əlaməti olaraq 2 yeni simptom ortaya çıxıb.

Çində ortaya çıxdıqdan sonra bütün dünyanı əsir götürən koronavirus epidemiyasında düşən yoluxmaların sayı bəzi ölkələrdə yenidən artmağa başlayıb. 

Britaniya mediası isə koronavirusun iki mühüm yeni simptomunun ortaya çıxdığını iddia edib.
 
Mütəxəssislərin fikrincə, əzələ və başın hər iki tərəfindəki ağrılar bu virusun əlamətlərindəndir:

"Bu ağrıları nəzərə almaq xəstəliyin erkən aşkarlanmasını və lazımi tədbirlərin vaxtında görülməsini özü ilə gətirir. Başınızdakı ağrılar və əzələlər COVİD-19 simptomları ola bilər."

Koronavirusun başlanğıcında baş ağrılarının müşahidə edildiyini qeyd edən mütəxəssislər bu ağrının 3-5 gün davam etdiyinə diqqət çəkiblər.
 
Koronavirusun yaratdığı baş ağrısının orta və şiddətli olduğunu bildirən mütəxəssislər, üç növ ağrının olduğuna diqqət çəkiblər. Bunların nəbz kimi nizamlı ağrı olduğu, ağrının ilişib qaldığı və sanki təzyiq olduğu bildirilib./azxəbər

Xəbər lenti