Xəzər Xəbər

Ukraynadan təcili xəbər gəldi: Gecə saatlarında...

Dünya | 10:07 • 28 İyun 2022
Ukraynadan təcili xəbər gəldi: Gecə saatlarında...

“Rusiya Silahlı Qüvvələri Severski istiqamətində atəşə davam etdirir. Xarkov istiqamətində qarşı tərəfin əsas səyləri Ukrayna ordusunun dövlət sərhədinə qədər irəliləməsinin qarşısının alınmasına yönəlib”.

Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

Məlumata görə, Ukrayna əsgərləri Yeqorivka - Pavlivka istiqamətində hücumu dəf ediblər: “Qarşı tərəf itki verərək geri çəkilib. Cənub Buq istiqamətində düşmən əsas səylərini əvvəllər işğal olunmuş sərhədləri qorumağa, qoşunlarımızın Xerson və Nikolayev vilayətlərində əks-hücum əməliyyatları keçirməsinin qarşısını almağa yönəldir. “Kalibr” tipli iki dəniz qanadlı raket daşıyıcısı Qara dənizdə raket silahlarından istifadəyə hazırdır. Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşı tərəfin mövqelərinə güclü hava zərbələri endirib. Həmçinin əsgərlərimiz raket və artilleriya atəşi tapşırıqlarını uğurla yerinə yetirməkdə davam edir”. 

Xəbər lenti