Xəzər Xəbər

Zelenski müharibənin bitməsini istəyir

Dünya | 16:28 • 27 İyun 2022
Zelenski müharibənin bitməsini istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən G7 ölkələri liderlərinin sammitində videokonfrans vasitəsilə iştirak edib. O, Rusiya Federasiyasının başlatdığı müharibədə Ukraynaya göstərilən dəstəyə görə G7 dövlətlərinə təşəkkür edib. Prezident işğalçı ölkəyə qarşı ardıcıl sanksiya siyasətinə görə də minnətdarlığını bildirib.

Bu barədə Ukrayna Prezident Administrasiyasından verilən məlumatda deyilir.

V.Zelenski sammitdə qeyd edib ki, Rusiyaya qarşı sanksiya təzyiqi xüsusilə təcavüzkarın ixrac etdiyi neftin qiymətini məhdudlaşdırmaqla gücləndirilməlidir.

"Ukrayna G7 dövlətlərinin dəstəyini hiss edir. Rusiya işğalına qarşı mübarizədə ölkəmizə müdafiə və maliyyə yardımına görə təşəkkür edirik. G7 ölkələrinin sanksiyalarla bağlı ardıcıl mövqeyi bizim üçün də vacibdir. Amma sanksiyalar daha da gücləndirilməlidir, xüsusən də təcavüzkar ixrac edən neftin qiymətini məhdudlaşdırmaqla”, - Ukrayna prezidenti vurğulayıb.


Bundan əlavə, o, Rusiyanın Ukraynada apardığı müharibənin ilin sonuna qədər - qış başlamamış bitməsini istədiyini bildirib. 

Zelenski həmçinin, hava hücumundan müdafiə sistemlərinin tədarükü, Rusiyaya qarşı əlavə sanksiyalar və təhlükəsizlik zəmanəti istəyib. (Modern.az)

Xəbər lenti