Xəzər Xəbər

Rusiya sabah defolt ola bilər: 100 milyonluq borc...

Dünya | 16:23 • 26 İyun 2022
Rusiya sabah defolt ola bilər: 100 milyonluq borc...

Rusiyanın 100 milyon dollar xarici borcun ödənilməsi üçün güzəşt müddəti iyunun 27-də başa çatacaq, bundan sonra bu pul ödənilməsə, texniki defolt baş verə bilər.

XəzərXəbər axar.az-a istinadən bildirir ki, bu barədə "Faynenşl Tayms" məlumat yayıb.

"Mayın 27-də Maliyyə Nazirliyi Rusiya avrobondlarının sahiblərinə təxminən 100 milyon dollar faiz ödəməli idi. Vəsait göndərilib, lakin sanksiyalar səbəbindən pullar çatmayıb. Əgər Maliyyə Nazirliyi dövlət borcunun sahiblərinə vəsaiti çatdırmasa, bu, texniki defolt hesab olunacaq", - nəşr bildirib.

Qəzetə açıqlama verən ekspertlər qeyd ediblər ki, müqavilədə göstərilən bəndlərə əməl edilməlidir. Buna görə də kreditor öz vəsaitini tələb etmək hüququna malikdir və belə bir vəziyyətdə hər hansı bəhanə gətirmək də mənasızdır.

Xəbər lenti

Çox oxunanlar