Xəzər Xəbər

NATO xüsusi təyinatlıları Ukraynada gizli əməliyyat keçirir

Dünya | 15:51 • 26 İyun 2022
NATO xüsusi təyinatlıları Ukraynada gizli əməliyyat keçirir

NATO üzvü olan bir neçə ölkənin xüsusi təyinatlıları Ukrayna ərazisində gizli fəaliyyət göstərirlər.

Bu barədə mənbə “The New York Times”-a məlumat verib.

Mənbənin sözlərinə görə, Ukraynada Böyük Britaniya, Fransa, Kanada və Litvanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələri var. Bundan əlavə, Ukrayna ərazisində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının olduğu deyilir. Onların vəzifələrinə Ukrayna qoşunlarına təlim keçmək və silah təchizatını koordinasiya etmək daxildir.

Bundan əvvəl Litvanın Baş naziri İnqrida Simonyte bildirmişdi ki, respublika Ukraynada hərbi təlimatçıların sayını artırmağı və “Stinger” zenit-raket komplekslərini Kiyevə ötürməyi planlaşdırır. O, Litvanın Ukrayna tərəfinə göndərməyi planlaşdırdığı hərbi təlimatçıların və raketlərin sayını açıqlamayıb./publika.az

Xəbər lenti