Xəzər Xəbər

Mer: Mariupol epidemioloji fəlakətin astanasındadır

Dünya | 09:41 • 24 İyun 2022
Mer: Mariupol epidemioloji fəlakətin astanasındadır

Ukraynanın Mariupol şəhərində 22 min insan müharibənin qurbanı olub.

Xezerxeber.az-ın yerli mediaya istinadən xəbərinə görə, bu barədə Mariupol şəhərinin meri Vadim Boyçenko məlumat verib.

O, dağıntıların həcmini nəzərə alaraq, real rəqəmin daha yüksək ola biləcəyini diqqətə çatdırıb. Boyçenko Mariupolun infrastrukturunun 90%-nin məhv olduğunu vurğulayıb. O, hazırda şəhərdə 100 mindən çox sakinin susuz və işıqsız qaldığını bildirib. Merin sözlərinə görə, Mariupol epidemioloji fəlakət astanasındadır.

Xəbər lenti