Xəzər Xəbər

ABŞ Ukraynaya ağır silahlar verir SİYAHI

"Səbəb döyüşlərin xarakterinin dəyişməsidir"
Dünya | 08:46 • 24 İyun 2022
ABŞ Ukraynaya ağır silahlar verir

Ukraynaya daha güclü silahların verilməsinə səbəb döyüşlərin xarakterinin dəyişməsidir. Silah verilməsi eksalasiyanı gücləndirmək məqsədi daşımır.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında bildirib. Kirbi qeyd edib ki, daha Əvvəl prezident Co Bayden 3-cü Dünya müharibəsi riskinə görə Ukraynaya ağır silahların verilməsindən imtina edib. Lakin indi müharibənin xarakteri dəyişdiyi üçün ABŞ-ın da mövqeyi dəyişir və inkişaf edir.

Yeri gəlmişkən, ABŞ-ın 1 milyard dollarlıq yardım paketinə daxil olan silahlar adları da məlum olub.

Kiyevə veriləcək silahlara aşağıdakılar daxildir:

18 ədəd 155-mm-lik haubitsa,
36 000 ədəd 155-mm-lik mərmi,
18 ədəd taktiki avtomobil,
HIMARS artilleriya sistemləri və mərmilər,
4 təmir avtomobili,
2 “Harpun” sahil mühafizə sistemi,
Minlərlə radiostansiya və optik qurğu.

Xəbər lenti