Xəzər Xəbər

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Dünya | 08:38 • 24 İyun 2022
Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Rusiyanın Ryazan vilayətində “İl-76” tipli təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb.

Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı təyyarənin göyərtəsində 10 nəfər olub.

Qəza nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti