Xəzər Xəbər

Taxıl böhranının həllinə bir ay: London hərəkətə keçdi

Dünya | 18:45 • 23 İyun 2022
Taxıl böhranının həllinə bir ay: London hərəkətə keçdi

Taxıl böhranının növbəti ay ərzində həll edilməsi üzərində müzakirələr gedir.

Böyük Britaniyanın xarici işlər naziri Liz Trussun Ankaraya səfərində bu məsələ müzakirə olunub.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “taxıl dəhlizi”nin açılması ilə bağlı İstanbulda Rusiya-Ukrayna görüşünün planlaşdırıldığını açıqlayıb.

“Onların dəvəti ilə Moskvaya hərbi heyətimiz səfər etdi. Görüşlərin müsbət olduğunu deyə bilərəm. İstanbulda anlaşma olarsa, bir nəzarət mərkəzi və Ukrayna sahil sularından kənarda təhlükəsiz bölgə qurulacaq”, - Çavuşoğlu deyib.

Onun sözlərinə görə, İstanbul görüşünün keçirilməsi razılaşdırılıb, lakin tarix hələ məlum deyil.

Liz Truss da taxıl böhranının həllinin təcili olduğunu vurğulayıb.

“Bu problemin növbəti ay ərzində həll edilməsi lazımdır. Böhran həll edilməsə, Ukrayna limanlarından taxıl çıxarılmasa, ciddi aclıq yarana bilər”, - Truss bildirib.

Qeyd edək ki, Rusiya taxıl böhranının həlli qarşılığında sanksiyaların aradan qaldırılmasını və ya yumşaldılmasını tələb edir.

Böyük Britaniyanın xarici işlər nazirinin Türkiyəyə səfərinin əsas məqsədlərindən biri də Ankara vasitəsilə problemin həlli yollarını tapmaqdır./Publika.az

Xəbər lenti