Xəzər Xəbər

Muğladakı meşə yanğınlarının söndürülməsinə 41 aviasiya vasitəsi cəlb edilib

Dünya | 12:36 • 23 İyun 2022
Muğladakı meşə yanğınlarının söndürülməsinə 41 aviasiya vasitəsi cəlb edilib

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda baş verən meşə yanğınlarının söndürülməsi üçün müdaxilə davam edir.

Xezerxeber.az xəbər verir ki, təyyarə və helikopterlər də daxil olmaqla yanğınla mübarizəyə cəlb olunan aviasiya vasitələrinin sayı 41-ə çatdırılıb.

Bildirilir ki, tüğyan edən yanğınlar nəzarətə alınıb. Alovların daha güclü olduğu ərazilərdə risklər azalıb. Hazırda soyutma işlər aparılır.

 

Xəbər lenti