Xəzər Xəbər

Ermənistanda ehtiyatda olan hərbçilər toplanışa çağırılıb

Dünya | 12:14 • 23 İyun 2022
Ermənistanda ehtiyatda olan hərbçilər toplanışa çağırılıb

Ermənistanda avqustun 1-dən oktyabrın 30-dək ehtiyatda olan hərbçilərin iştirakı ilə yeni hərbi təlimlər keçiriləcək.

Ermənistan Müdafiə Nazirliyinin təklif etdiyi müvafiq qərar cümə axşamı hökumətin iclasında qəbul edilib.

Təlim toplanışında 1249 nəfər əsgər və gizir, 65 nəfər baş gizir, 130 nəfər zabit olmaqla 1444 vətəndaş iştirak edəcək.

Təlim düşərgəsinə motoatıcı, mühəndis, raket və artilleriya qoşunları, kəşfiyyat və rabitə qoşunlarının ehtiyatda olan hərbçiləri cəlb olunacaq. Nəqliyyat dəstəyi üçün 134-ə qədər avtomobildən istifadə ediləcək.

Təlim-məşq toplanışları döyüş hazırlığının artırılması, səfərbərlik resursundan səmərəli istifadə, döyüş növbətçiliyinin gücləndirilməsi məqsədi ilə keçirilir. Məlumata görə, ehtiyatda olan hərbçilər döyüş növbətçiliyinə də cəlb olunacaqlar.

Xəbər lenti