Xəzər Xəbər

İran Prezidenti Lavrovu qəbul edib

Dünya | 08:51 • 23 İyun 2022
İran Prezidenti Lavrovu qəbul edib

İranda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Serqey Lavrov Prezident İbrahim Rəisi ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, Serqey Lavrov İranın Prezidenti ilə Ukrayna, Suriya, Yəmən, Əfqanıstan və Zaqafqaziyadakı siyasi prosesləri müzakirə edib. Görüşdə, həmçinin Aşqabadda keçiriləcək Xəzəryanı dövlətlərin rəhbərlərinin zirvə tolantısında müzakirə olunacaq məsələlərə də toxunulub.

İyunun 23-də Serqey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşəcək. Görüşdə regional və qlobal siyasi məsələlər müzakirə olunacaq. Bunlarla yanaşı İranın nüvə proqramı da müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianın dəvəti ilə Tehranda səfərdədir.

Xəbər lenti

Çox oxunanlar