Xəzər Xəbər

Hər il 100 mindən çox insanı öldürən virus sürətlə yayılır

Dünya | 18:15 • 22 İyun 2022
Hər il 100 mindən çox insanı öldürən virus sürətlə yayılır
Alimlər hər il 100 mindən çox insanın ölümünə səbəb olan virusun sürətlə yayıldığını ortaya çıxarıblar.
 
Xəstəliyin son 30 ildə bütün dünyaya sürətlə yayıldığı qeyd edilir.
Alimlər dünyada hər il 100 mindən çox insanın ölümünə səbəb olan virusun mənbəyini araşdırıblar. Məlum olub ki, antibiotiklərə davamlı olan və son 30 ildə bütün dünyaya sürətlə yayılır.
 
Bu xəstəliklə bağlı ən böyük araşdırma "Lancet Microbe” jurnalında dərc olunub. Cənubi Asiyada ilkin müalicənin tətbiq olunmadığı xəstəliyin iki növ antibiotikə - "makrolid” və "xinolon” antibiotiklərə davamlı olduğu da vurğulanıb. Xəstəliyin digər ölkələrə də yayıldığı qeyd edilib. 
 
Elm adamları "Typhi” (Tif) adı verilən bu xəstəliyin son 30 ildə 200 dəfə daha sürətlə yayıldığını bildirirlər. "Bu, antibiotiklərə davamlı yeni epidemiyaların qlobal təhlükə törətməsinə səbəb ola bilər", - bəyanatda deyilir.
 
2014-2019-cu illər arasındakı araşdırmalarda iştirak edən alimlər risk altında olan Asiya ölkələri ehtiyat tədbirlərini görməli olduqlarını vurğulayıblar: "Bu, yerli məsələ deyil, qlobal məsələdir”./azxəbər

Xəbər lenti