Xəzər Xəbər

Maşında unudulan 5 yaşlı uşaq istidən öldü

Dünya | 13:59 • 22 İyun 2022
Maşında unudulan 5 yaşlı uşaq istidən öldü

37 dərəcəni keçən temperaturda saatlarla avtomobildə unudulan 5 yaşlı uşaq dünyasını dəyişib.

Hadisə ABŞ-ın Texas ştatında baş verib.

Hyuston şəhərində 5 yaşlı uşağın anası digər 8 yaşlı qızı ilə ad günü partisi üçün alış-verişə gedib. Ana evə qayıdanda hər iki uşağın özlərinin maşından düşdüyünü düşünüb və gecəyə hazırlaşmaq üçün evə daxil olub.

Amma 2-3 saatdan sonra 5 yaşlı uşağın evdə olmadığını görüb və onu axtarmağa başlayıb. Daha sonra maşında baxdıqda oğlunu təhlükəsizlik kəmər taxılmış vəziyyətdə və hərəkətsiz halda tapıb və onun öldüyü müəyəynləşib.

Hadisə ilə bağlı araşdırmalar aparılır./azxəbər

Xəbər lenti

Çox oxunanlar