Xəzər Xəbər

İrlandiya Rusiyaya məxsus 1,7 milyard avroluq aktivləri dondurub

Dünya | 12:59 • 22 İyun 2022
İrlandiya Rusiyaya məxsus 1,7 milyard avroluq aktivləri dondurub

İrlandiyanın hakimiyyət orqanları Avropa İttifaqının sanksiyaları çərçivəsində Rusiyanın fiziki və hüquqi şəxslərinə məxsus bir sıra aktivləri dondurub.

“The Irish Times” nəşri yazır ki, İrlandiya Xarici İşlər Nazirliyinin məlumatına görə, dondurulan aktivlərin ümumi miqdarı 1,72 milyard avrodur. Həmin məbləğin əsas hissəsini oliqarxların müsadirə edilmiş yaxtaları, təyyarələri və son aylarda digər ölkələrdə də diqqət mərkəzində olan dəbdəbəli əmlakları deyil, müxtəlif bank qurumlarında və fondlarında toplanmış maliyyə aktivləri təşkil edir.

Avropa İttifaqı Ukraynada müharibə başlayandan bəri Rusiyaya qarşı altı sanksiya paketi qəbul edib. Rusiya neftini, banklarını və yüksək vəzifəli hərbçilərini hədəf alan son paket bu ayın əvvəlində qüvvəyə minib.

Xəbər lenti