Xəzər Xəbər

Türkiyədə meşə yanğınları başlayıb, əraziyə 20 helikopter, 14 təyyarə cəlb edilib

Dünya | 10:22 • 22 İyun 2022
Türkiyədə meşə yanğınları başlayıb, əraziyə 20 helikopter, 14 təyyarə cəlb edilib

Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunun Bördübet məhəlləsində dünən başlayan meşə yanğını yenidən alovlanıb.

Türkiyə mediası yazır ki, yanğının söndürülməsinə həm yerdən, həm də havadan müdaxilə edilir.

250 hektar ərazini əhatə edən yanğının söndürülməsinə 20 helikopter və 14 təyyarə cəlb olunub.

Yanğının qarşısının alınmasında 1494 yanğınsöndürən, 363 yanğınsöndürən maşın və 39 texnika iştirak edir. Ümumilikdə 1600 nəfər yanğının söndürülməsi istiqamətində çalışır.

Daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi və digər rəsmi şəxslər yanğın bölgəsindədir.

Xəbər lenti