Xəzər Xəbər

ABŞ-dan Rusiyaya ÇAĞIRIŞ: Ukraynadan ərzaq axınına icazə verin

Dünya | 18:11 • 27 May 2022
ABŞ-dan Rusiyaya ÇAĞIRIŞ: Ukraynadan ərzaq axınına icazə verin
ABŞ növbəti dəfə Rusiyaya çağırış edib.
 
Ağ Evin sözçüsü Karine Jean-Pierre Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.
 
Karine Jean-Pierre müharibənin Ukraynadan qida axınının kəsildiyini ifadə edərək, Rusiyanı müharibəni mümkün qədər tez bitirməyə və ərzaq axınına icazə verməyə çağırıb.
 
Jean-Pierre Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu ərzaq böhranı ilə bağlı müzakirələrə toxunub:
 
"Rusiya qlobal ərzaq təhlükəsizliyini məhv edən Ukraynaya qarşı müharibəsini təcili olaraq dayandırmalı və Ukraynadan ərzaq axınına icazə verməlidir".
 
O, həmçinin mövcud ərzaq böhranından Rusiyanın məsuliyyət daşıdığını söyləyib./azxəbər

Xəbər lenti