Xəzər Xəbər

Kiyevdən ŞOK XƏBƏRDARLIQ: Rusiya qalib gəlsə...

Ukrayna Prezident Ofisi: Rusiya qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq
Dünya | 15:52 • 27 May 2022
Kiyevdən ŞOK XƏBƏRDARLIQ: Rusiya qalib gəlsə...

"Əgər Rusiya Ukraynada qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq”.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

"Çünki Rusiya dünyanın ikinci ordusuna sahib olduğunu sübut etmək istəyəcək. Rusiya uduzmasa, rus revanşizmi, rus şovinizmi daha da qabaracaq. Rusiya bizdən intiqam almaq istəyəcək. Beləliklə, növbəti dünya savaşı başlayacaq”, - o söyləyib.

M.Podolyakın sözlərinə görə, hazırda Rusiya Ukraynanın şərqinə kifayət qədər resurs toplayıb və hər şeyi riskə atıb: "Onlar heç olmasa bizim ərazimizin bir hissəini ələ keçirmək istəyirlər. Ona görə də şiddətli döyüşlər gedir”.

Xəbər lenti