Xəzər Xəbər

İran ordusunun zabiti qətlə yetirilib FOTO

Dünya | 22:23 • 22 May 2022
İran ordusunun zabiti qətlə yetirilib

Bir neçə saat əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) polkovniki Həsən Səyyad Xudayari yaşadığı evin yaxınlığında küllələnərək qətlə yetirilib.

Qatillər şəxsi avtomobilinin sükanı arxasında olan polkovnikə motosikletlə yaxınlaşaraq atəş açıblar. Beş güllə yarası alan Sepahın zabiti yerindəcə ölüb.

Təcili olaraq hadisə yerinə polis və xüsusi xidmət orqanlarının nümayəndələri gəliblər. Hazırda araşdırma aparılır. Cinayətkarların axtarışı üçün təxirəsalınmaz əməliyyat başlayıb.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə baş verən qətlə münasibət bildirib. O deyib ki, bu qətl hadisəsi terror aksiyasıdır. Onun sözlərinə görə, bu aksiya insanlığa zidd olan dəhşətli cinayətdir. (AZƏRTAC)

Xəbər lenti