Xəzər Xəbər

İtaliya Ukraynanın Avropa İttifaqına üzv olmasını istəyir

Dünya | 14:06 • 22 May 2022
İtaliya Ukraynanın Avropa İttifaqına üzv olmasını istəyir

İtaliya Ukraynanın Avropa İttifaqına üzv olmasını dəstəkləyir.

İtaliya Nazirlər Şurasının yaydığı məlumata görə, Baş nazir Mario Draqi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Telefon söhbəti zamanı Ukraynadakı son vəziyyət müzakirə edilib.

M.Draqi Rusiyaya qarşı 6-cı sanksiyalar paketinin təsdiqlənməsinin zəruriliyini vurğulayıb, İtaliyanın Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı tam dəstəyini bildirib.

Xəbər lenti