Xəzər Xəbər

Etna vulkanı fəallaşıb

Dünya | 13:11 • 22 May 2022
Etna vulkanı fəallaşıb

İtaliyanın cənubunda aktiv vulkanlardan olan Etna yenidən oyanıb.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, Siciliya adasındakı vulkanda aktivlik müşahidə olunub və ardıcıl püskürmələr qeydə alınıb. Lava axınları və yaranan duman geniş əraziyə yayılıb.

Hündürlüyü 3330 metr olan Etna Avropanın ən hündür və ən aktiv vulkanıdır. Etnada ildə bir neçə dəfə aktivlik müşahidə olunur. Sonuncu dəfə vulkanda böyük püskürmə 1992-ci ildə baş verib.

Xəbər lenti