Xəzər Xəbər

“Meymun çiçəyi”nə yoluxma halları artır

Dünya | 11:37 • 22 May 2022
“Meymun çiçəyi”nə yoluxma halları artır

İnsanlar arasında “Meymun çiçəyi” infeksiyasına yoluxma halları 92-yə yüksəlib, ölüm yoxdur.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST bildirib ki, mayın 21-nə qədər təşkilat 12 ölkədən 92 laboratoriya tərəfindən təsdiqlənmiş “Meymun çiçəyi” hadisəsi haqqında məlumat alıb. ÜST əlavə edib ki, daha 28 hadisə araşdırılır.

 

Xəbər lenti