Xəzər Xəbər

Polşa Prezidenti Kiyevdə - O, Ali Radada çıxış edəcək

Dünya | 11:10 • 22 May 2022
Polşa Prezidenti Kiyevdə - O, Ali Radada çıxış edəcək

Polşa Prezidenti Anjey Duda bu gün Ukraynanın paytaxtı Kiyev şəhərinə rəsmi səfər edib.

Xezerxeber.az "Ukrinform" agentliyinə istinadən xəbər verir ki, Polşa Prezidenti səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək və Ali Radada çıxış edəcək.

Anjey Duda Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra ukraynalı deputatlar qarşısında çıxış edən ilk xarici ölkə başçısı olacaq. Bu, Polşa liderinin müharibə getdiyi vaxtda Ukrayna paytaxtına ikinci səfəridir. O, aprelin 13-də Latviya, Litva və Estoniya prezidentləri ilə birgə Kiyevə səfər etmiş və Volodimir Zelenski ilə görüşmüşdü.

Mayın əvvəlində Anjey Duda bəyan etmişdi ki, Polşa və Ukrayna arasında “artıq sərhəd olmayacaq”, iki ölkənin xalqları birlikdə yaşaya biləcək.

Xəbər lenti