Xəzər Xəbər

Tunelin çökməsi 10 nəfərin həyatına son qoyub

Dünya | 10:49 • 22 May 2022
Tunelin çökməsi 10 nəfərin həyatına son qoyub

Hindistanın şimalında Cammu və Kəşmirin ərazisində Cammu-Srinaqar magistralında tikilən tunel çöküb.

APA bildirir ki, bu barədə “The Times of India” məlumat verib.

Məlumata görə, dağıntıları altından xilasedicilər 10 işçinin cəsədini çıxarıblar. İtkin düşənlərin hamısının cəsədləri tapıldığı üçün ölənlərin axtarışı başa çatıb.

Qəzet yerli hakimiyyət nümayəndəsinə istinadən xəbər verir ki, cəsədlər rayon xəstəxanasına çatdırılıb, onların şəxsiyyəti müəyyənləşdirilir.

İlkin məlumatlara görə, çökmə cümə axşamı axşam saatlarında tikilməkdə olan tunelin üzərinə enən sürüşmə nəticəsində baş verib. Axtarış-xilasetmə əməliyyatı cümə günü yeni sürüşmələrə görə dayandırılıb və şənbə günü bərpa edilib.

Nəşrin məlumatına görə, insan tələfatına səbəb olan hadisə ilə bağlı cinayət işi qaldırılıb. Polis hadisənin başvermə səbəbini araşdırır.

Xəbər lenti