Xəzər Xəbər

Zelenski İtaliyanın baş naziri ilə danışıb

Dünya | 10:20 • 22 May 2022
Zelenski İtaliyanın baş naziri ilə danışıb

Ukrayna Prezidenti Volodimr Zelenski və İtaliyanın Baş naziri Mario Dragi arasında telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə V.Zelenski özünün tviter hesabında paylaşım edib.

"Mario Draginin təşəbbüsü ilə telefon danışığımız oldu. Biz müdafiə sahəsində əməkdaşlıqdan, 6-cı sanksiyalar paketinin tətbiqinin sürətləndirilməsinin və Ukrayna limanlarının açılmasının zəruriliyindən danışdıq", - deyə V.Zelenski bildirib.

O, İtaliyaya Avropa İttifaqına gedən yolda Ukraynaya qeyd-şərtsiz dəstəyə görə təşəkkür etdiyini bildirib.

Xəbər lenti