Xəzər Xəbər

Makron: Ukrayna artıq Avropa ailəsinin bir hissəsidir

Dünya | 09:09 • 18 May 2022
Makron: Ukrayna artıq Avropa ailəsinin bir hissəsidir

Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları iyunda keçiriləcək sammitində Ukraynanın müraciətinə baxılacaq.

Xezerxeber.az-ın Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında bildirib.

“Ukraynanın Avropa İttifaqına üzvlük müraciətinə Avropa Şurasının iyunda keçiriləcək iclasında baxılacaq”, - deyə Makron bildirib.

O, həmçinin vurğulayıb ki, Ukrayna artıq Avropa ailəsinin bir hissəsidir.

Xəbər lenti