Xəzər Xəbər

İngiltərədən şok açıqlama: Putin ordusunun 1/3 hissəsini itirib

Dünya | 16:03 • 17 May 2022
İngiltərədən şok açıqlama: Putin ordusunun 1/3 hissəsini itirib
İngiltərə Müdafiə Nazirliyi Putinin ordusunun 1/3 hissəsini itirdiyini deyib.
 
Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən İngiltərə Müdafiə Nazirliyi Rusiya ordusunun böyük güc itirdiyini iddia edib.
 
Xarici İşlər Nazirliyi bəzi kəşfiyyat məlumatlarına əsaslanaraq Rusiyanın hərbi gücünün böyük itki verdiyini bəyan edib.
 
Açıqlamada Rusiya prezidenti Vladimir Putinin ordusunun üçdə birinin məhv edildiyi bildirilib. Həmçinin qeyd olunub ki, Rusiyanın Ukraynanın şərqində Donbas bölgəsində davam edən hücumları qrafikdən geri qalıb.
 
Qeyd edək ki, Putinin "xüsusi hərbi əməliyyat” olaraq xarakterizə etdiyi işğal prosesi zamanı Rusiyanın cəbhəyə 150-190 min əsgər göndərdiyi təxmin edilir./azxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti