Xəzər Xəbər

ABŞ yeni silahını sınaqdan keçirdi: Özəllikləri...

Dünya | 15:56 • 17 May 2022
ABŞ yeni silahını sınaqdan keçirdi: Özəllikləri...
Amerika Birləşmiş Ştatları hipersəs silahını sınaqdan keçirdiyini açıqlayıb.
 
ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı səs sürətinin 5 qatına çatan hipersəs silahını sınaqdan keçirdiklərini açıqlayıb.
 
Hərbi Hava Qüvvələri bununla bağlı açıqlama verib: "ABŞ Hərbi Hava Qüvvələrinə aid B-52H tipli Stratofortress təyyarəsi Cənubi Kaliforniya sahillərində AGM-183A Havadan Atılan Sürətli Müdaxilə Silahını (ARRW) müvəffəqiyyətlə sınaqdan keçirib”. Açıqlamada silahın təyyarəni tərk etməsindən dərhal sonra işə salındığı və gözlənilən səs sürətindən 5 qat yuxarı qalxaraq hipersəs xüsusiyyəti göstərdiyi vurğulanıb və sınaqdan böyük müvəffəqiyyətlə keçdiyi qeyd edilib.
 
Qeyd edək ki, sözügedən silah Lockheed Martin tərəfindən hazırlanıb və yüksək sürətlə dəqiq hədəfləri vurmaq üçün nəzərdə tutulub./azxəbər

Xəbər lenti