Xəzər Xəbər

Bu ölkənin baş naziri elan etdi: Bir günlük neftimiz qalıb

Dünya | 15:35 • 17 May 2022
Bu ölkənin baş naziri elan etdi: Bir günlük neftimiz qalıb
Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.
 
Nağd pul qıtlığının olduğunu və iqtisadi vəziyyətin təhlükəli hala gəldiyini ifadə edən Vikremesinqe, "Neft ehtiyatımız bitdi. Hazırda yalnız bir günlük neft ehtiyatımız var", - deyib. 
 
Ölkənin yaxın günlərdə daha pis şərtlərlə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edən baş nazir, həmçinin Şri Lanka Hava Yollarının özəlləşdirilməsinin lazım olduğunu vurğulayıb və ölkə iqtisadiyyatındakı qeyri-sabitlikdən danışıb: "Maaşları və əsas ehtiyacları ödəmək üçün pul çap etməliyik”.
 
Qeyd edək ki, martın 31-də nümayişçilərin prezident Qotabaya Rajapaksanın şəxsi iqamətgahına hücumundan sonra paytaxt Kolomboda komendant saatı elan edilib. Qadağa bir həftə sonra Buddanın doğum günü ilə əlaqədar qaldırılıb. 
 
Maddi sıxıntı içində olan Şri-Lanka xalqı prezident və baş nazir Rajapaksa qardaşlarını günahlandıraraq, onları istefaya çağırıb.
 
Mayın 9-da isə baş nazirlik binası ətrafına toplaşan nümayişçilərlə hökumət tərəfdarları arasında toqquşma baş verib və paytaxt Kolomboda hərbi birliklər çağırılıb. Hökumət etirazlar zamanı ictimai əmlaka və ya başqalarına zərər vuran hər kəsin güllələnməsini əmr edib. /Sfera.az

Xəbər lenti