Xəzər Xəbər

"Putinə zəng etməyin" - Baş nazir dünya liderlərinə səsləndi

Dünya | 15:21 • 17 May 2022
"Putinə zəng etməyin" - Baş nazir dünya liderlərinə səsləndi
Estoniyanın baş naziri dünya liderlərini Vladimir Putinə zəng etməməyə çağırıb.
 
Estoniyanın baş naziri Kaja Kallas dünya liderlərini Rusiya prezidenti Vladimir Putinə zəng etməməyə çağırıb.
 
Kaja Kallas iddia edib ki, liderlərin Rusiya lideri Putinə davamlı çağırışları Rusiyanı təcrid etmək səylərinə zərbə vurur.
 
"EURACTIV” saytına danışan Kallas Ukraynadakı müharibə zamanı Rusiya ilə telefon diplomatiyasını tənqid edərək, Putinlə danışmağın mənası olmadığını söyləyib.
 
Liderlərin Putinə çağırışının Rusiyanı təcrid etmə səylərinə zərbə vurduğunu bildirib: "Hər kəs onunla davamlı olaraq əlaqə qurarsa, tək qaldıqları mesajını almayacaqlar. Bu mesajı vermək istəyiriksə, ona zəng etməyin. Putin özünü diqqət mərkəzində görür, çünki hamı onunla danışmaq istəyir. Bütün bu danışıqlara baxmayaraq, Buça və İrpində baş verənlər ortadadır. Biz münaqişənin azaldığını görmürük"./azxəbər

Xəbər lenti