Xəzər Xəbər

15 yaşlı qız nadir xəstəlikdən əziyyət çəkir: nə su içə bilirəm, nə də ağlaya

Dünya | 15:14 • 17 May 2022
15 yaşlı qız nadir xəstəlikdən əziyyət çəkir: nə su içə bilirəm, nə də ağlaya

ABŞ-da yaşayan 15 yaşlı Ebiqeyl Bekin dünyada nadir rast glinən xəstəliyi var.

Tucson şəhərində yaşayan Bek illərdir ki, “Aquagenic Urticaria” (Su Allergiyası) adlı xəstəliklə mübarizə aparır, bu da onun bədəninin suya inanılmaz dərəcədə həssas olması deməkdir.

15 yaşlı qız bu xəstəliyinə görə nəinki su içə, heç ağlaya da bilmir. 
“Daily Mail”ə danışan Ebiqeyl Bek, allergik reaksiyanın onun həyatını idarə etdiyini, lakin bu şəkildə yaşamaqdan çox narahat olduğunu deyib. Yeniyetmənin sözlərinə görə, su içəndə sinə nahiyəsində şiddətli ağrılar başlayır və ürəyi çox tez-tez döyünür.

Şiddətli ağrılara məruz qaldığı üçün həftədə bir dəfə duş qəbul etdiyini vurğulayan gənc qadın xəstəliklə yaşamağın çətinliyini belə izah edir:
“Reaksiyaları aradan qaldırmaq üçün çoxlu anti-allergik dərman qəbul etməliyəm. Hətta göz yaşlarım dərimdə reaksiya yaradır. Normal insan kimi ağlayıram, amma çox ağrıyır. Bəzən filmlərə, seriallara baxanda gözlərim dolur, amma ağlamamaq üçün müqavimət göstərirəm. Bu xəstəliyin ən pisi göz yaşıdır.

Su içməkdə çətinlik çəkirəm. Çox az su içə bilirəm. Axırıncı dəfə bir il əvvəl su içmişdim. Amma daha su içmək istəmirəm, dadı pisdir. Amma bəzən özümü saxlaya bilmirəm”.

Məhsul alarkən etiketləri yoxlamalı olan gənc qadın çox çətin anlar yaşadığını da vurğulayır:

“Etiketləri yoxlamalıyam, amma dünyada hər şeyin içində su var. Bəzən çox qorxuram. Qorxuram ki, bir gün bu xəstəlik nəzarətdən çıxsa, mən də daxil olmaqla, heç kim nə edəcəyini bilməyəcək. Özümə necə kömək edəcəyimi belə bilmirəm. Amma yenə də şən qalmağa çalışıram və bilirəm ki, nəsə olarsa, ətrafımdakı insanlar əllərindən gələni edəcəklər”.

Bundan əlavə, Bek yağış yağanda belə çölə çıxa bilmədiyini söyləyib./Ölkə.Az

Xəbər lenti