Xəzər Xəbər

Fransada 30 il sonra qadın baş nazir təyin edildi - Elizabet Born kimdir?

Dünya | 14:10 • 17 May 2022
Fransada 30 il sonra qadın baş nazir təyin edildi - Elizabet Born kimdir?

Apreldə keçirilən seçkilərdən sonra kimin baş nazir təyin ediləcəyi ilə bağlı spekulyasiyalara səbəb olan Fransa prezidenti Emmanuel Makron seçildikdən 22 gün sonra gözlənilən addımı atıb.

Makron istefa ərizəsini təqdim edən Baş nazir Jan Kasteksin yerinə əmək naziri Elizabet Bornu təyin edib. Beləliklə, 61 yaşlı Born 1991-1992-ci illərdə sözügedən vəzifəni icra etmiş Edit Kressondan sonra Fransanın ikinci qadın baş naziri olub.
 
Məlumata görə, 2017-ci ildən nazirlikdə çalışan Elizabet əmək naziri olana qədər həm də nəqliyyat naziri və ətraf mühitin mühafizəsi naziri vəzifələrində çalışıb. Texnokratik xüsusiyyətləri siyasi profilindən üstün olan Born sol təmayüllüdür. Edit Kresson isə, "Qadın olduğu üçün deyil, fövqəladə bir insan olduğu üçün çox uyğun bir seçimdir" deyərək, bu təyinata reaksiya verib./Sfera.az

Xəbər lenti