Xəzər Xəbər

Putinin təhdidi işə yaramadı: İsveç son qərarını verdi

Dünya | 14:00 • 17 May 2022
Putinin təhdidi işə yaramadı: İsveç son qərarını verdi
İsveçin baş naziri Andersson NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəldiklərini bildirib.
 
Rusiya lideri Putinin təhdidlərindən sonra İsveç geri addım atmayıb. 
 
Putinin təhdidinə boyun əyməyən İsveç baş naziri Andersson NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəldiklərini bildirib.
 
NATO-ya üzv ölkələrin sərhədlərində olmasını istəməyən Rusiya bütün dünyanı təhdid edib. Rusiya lideri Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilən televiziya sammitində çıxışı zamanı bildirib ki, Rusiya Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarını təhdid kimi görmür, lakin orada hərbi infrastrukturun yerləşdirilməsinin cavab reaksiyası ola bilər: "Bizim Finlandiya və İsveçlə problemimiz yoxdur, lakin onların regionlarında hərbi infrastrukturun genişləndirilməsi Moskvanın reaksiyasına səbəb ola bilər", - Putin bildirib.
 
Bu sözlərə məhəl qoymayan İsveç açıqlamadan saatlar sonra NATO-ya üzvlük üçün müraciət etməyə qərar verdiklərini açıqlayıb. Finlandiyadan bir neçə gün sonra rəsmi açıqlama verən İsveçin baş naziri Andersson "NATO üzvlüyünə müraciət etmək qərarına gəldik",- deyə bildirib./azxəbər

Xəbər lenti