Xəzər Xəbər

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları dayandırır - ŞOK SƏBƏB

Dünya | 12:50 • 17 May 2022
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları dayandırır - ŞOK SƏBƏB

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları dayandırır.

Bu barədə “Euractiv” portalı Aİ-dəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Diplomat bildirib ki, Aİ anti-Rusiya sanksiyalarının limitinə yaxınlaşıb.

“Moskvaya qarşı yeddinci sanksiya paketi inanılmaz dərəcədə çətin olacaq. Biz limitlərə çatmağa çox yaxınıq. Əgər Rusiya nefti ilə bağlı belə qarışıqlıq olursa, təsəvvür edin, Rusiya qazına qadağa qoyulması halında nələr baş verərdi”, - mənbə deyib.

Onun sözlərinə görə, Rusiyada neft idxalına embarqo qoyulması təklifinə vetonun ləğvi ilə bağlı Macarıstanla danışıqlarda müəyyən irəliləyişlər olsa da, Aİ-yə üzv ölkələr ümumilikdə “geri addım atıblar”./publika.az

Xəbər lenti