Xəzər Xəbər

Əfsanəvi "Moskviç" GERİ DÖNÜR: Sobyanin planları açıqladı

Dünya | 21:43 • 16 May 2022
Əfsanəvi "Moskviç" GERİ DÖNÜR: Sobyanin planları açıqladı

Dmitri Pronin "Moskviç" avtomobil zavodunun direktoru təyin edilib. 

Bu barədə Metropoliten Nəqliyyat Departamenti məlumat yayıb.

"Dmitri Pronin on ildir ki, Moskva Nəqliyyat Kompleksində rəhbər vəzifələrdə çalışıb və avtomobil sənayesində təcrübəyə malikdir", - məlumatda deyilir.

Moskva meri Sergey Sobyanin Moskvadakı "Renault" zavodunun şəhər hakimiyyətinə təhvil verilməsindən sonra tarixi brend altında avtomobillərin istehsalının bərpa olunduğunu elan edib. O, həmçinin bildirib ki, şirkət gələcəkdə elektromobillər istehsal edəcək. "Moskviç" avtomobilləri Rusiyada 2022-ci ildən istehsal oluna bilər./Publika.az 

Rubrikanın digər xəbərləri

Xəbər lenti